Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

İspaniyada kömür mədənində partlayış: Ölənlər, yaralananlar və itkin düşənlər var
İspaniyanın şimalındakı Asturiya bölgəsində yerləşən Deqana qəsəbəsində kömür mədənində partlayış baş verib.
Oxu.Az-ın "TRT News"a istinadən xəbərinə görə, bu barədə Asturiya Muxtar İcmasının Təcili Yardım Qurumundan məlumat verib.
Məlumata görə, partlayış nəticəsində ən azı iki nəfər ölüb, üç nəfər yaralanıb, dörd nəfər isə itkin düşüb.
Asturiya Muxtar İcması hökumətinin sözçüsü bildirib ki, şaxtaçılar qrafit istehsalı üçün mineralların çıxarılması üzrə icazə əsasında iş aparırmışlar.
Hadisə yerinə çox sayda təcili yardım, yanğınsöndürmə və mülki yardım qrupları göndərilib.
"İspaniya" teqi üzrə xəbərlər
- Üç Avropa ölkəsi sosial şəbəkə istifadəçiləri üçün yaş məhdudiyyəti tətbiq etməyə hazırlaşır
- "Barselona"nın matçından əvvəl QORXULU ANLAR: Maşın fanatların üzərinə sürüldü
- İspaniyada kimyəvi qəza: Ölkədə fövqəladə vəziyyət elan edildi
- Məşhur türkiyəli aktrisa Ezgi Molanın İspaniyadakı milyonlarla dəyərində olan evi "işğal edilib"
- İspaniyada restoranda qazlı su içən kişinin daxili orqanları yandı
Ən çox oxunanlar