Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İspaniyada qalmaqal: Polis rəisinin evində milyonlarla avro narkotik pulları tapıldı
Madriddə Milli Polis Baş İdarəsinin İqtisadi Cinayətlərlə Mübarizə Şöbəsinin rəisi həbs edilib. O, əməliyyatlar zamanı müsadirə edilmiş narkotik vasitələrin və taksi sürücüləri üçün lisenziyaların satışında şübhəli bilinir. Rəisin evinin divarlarında 20 milyon avrodan çox pul aşkarlanıb.
Bu barədə Oxu.Az "Vozpopuli"yə istinadən məlumat verir.
Nəşrin yazdığına görə, bundan başqa, rəisin ofisində daha bir milyon avro və taksi sürücüləri üçün onlarla VTC lisenziyası aşkar edilib. Hazırda onun bu lisenziyaları "qara bazar"da satdığı, yoxsa bu lisenziyaların onun başqa biznesi üçün alət olduğu araşdırılır.
Məlumata görə, korrupsiya ilə mübarizə şöbəsinin rəisi bir neçə həftə ərzində izlənilib. Onun biznes fəaliyyətini "Real Madrid" və "Atletiko" (Madrid) futbol klublarının stadionlarındakı VIP lojalarda həyata keçirdiyi güman edilir.
Qeyd olunur ki, onun həbsi hüquq-mühafizə orqanları əməkdaşları arasında böyük təəccüblə qarşılanıb.
O da vurğulanır ki, məhkəmə prosesi məxfi elan edilib, əməliyyat davam edir və yeni həbslər istisna deyil.
"Korrupsiya cinayəti" teqi üzrə xəbərlər
- Tramp: "Nyu-York və Vaşinqton məhkəmələrində korrupsiya və radikallıqda birinci yeri tutur"
- Qazaxıstanda məmurlar üçün həbsxana gəzintisi təşkil olunacaq
- Uğursuz siyasətçilərin yığıncağı - Avropa Parlamentinin separatçı sevgisi
- Azərbaycanda universitetin korrupsiyaya görə həbs olunan şöbə müdirinə güzəşt olmadı - SON QƏRAR
- Kürdəmirin sabiq icra başçısı AZADLIĞA BURAXILDI