Qazaxıstan məhkəməsi "Samruk-Kazına" və "Qazaxıstan Dəmir Yolları" şirkətlərinin rəhbərləri - Nurlan Jakupov ilə Yeljas Otenşiyevin həbs edilməsi barədə qərar qəbul edib.
Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
"Noyabrın 12-də adları çəkilən şəxslər korrupsiya xarakterli cinayət törətməkdə şübhəli bilinərək müvəqqəti saxlama təcridxanasına yerləşdiriliblər. Noyabrın 14-də isə istintaq məhkəməsinin sanksiyası ilə onların barəsində həbs qətimkan tədbiri seçilib", - deyə məlumatda bildirilib.
Ötən həftə Milli Təhlükəsizlik Komitəsi sözügedən şirkət rəhbərlərinin, eləcə də korrupsiya cinayətlərində şübhəli bilinən digər şəxslərin saxlanılması barədə məlumat yaymışdı.