İspaniyada iki sərnişin qatarı toqquşub.
La Vanguardia portalının məlumatına görə, hadisə dəmir yolunun San-Visente-de-Kastelyetlə Barselonanın Monres bölgəsi arasındakı hissəsində baş verib.
Qəza nəticəsində bir nəfər ölüb, 97 nəfər yaralanıb. Onlardan 76 nəfərin xəsarəti ağır deyil.
Bildirilir ki, toqquşmadan sonra qatarlardan biri relsdən çıxıb.