İspaniyada terroru təbliğ etməkdə və krala qarşı təhqiramiz ifadələr işlətməkdə günahlandırılan reper Pablo Aselin həbsinə qarşı etiraz mitinqlərində 48 nəfər saxlanılıb.
Bu barədə “El Periodico” nəşri məlumat yayıb.
Etiraz aksiyaları Barselona və Madrid şəhərlərində, eləcə də Kataloniya və Qranada əyalətlərində keçirilib.
Madrid şəhərində polislə nümayişçilərin toqquşması nəticəsində etiraz edənlərdən doqquz nəfər xəsarət alıb.