İspaniyanın koalisiya hökumətində baş nazirin müavini və solçu "Sumar" hərəkatının təsisçisi Yolanda Dias ABŞ texnologiya şirkətlərinin İspaniyada vergi ödəməsini tələb edib.
Oxu.Az xəbər verir ki, bu barədə "La Sexta" televiziya kanalı məlumat yayıb.
Məlumata görə, siyasətçi "Tramp vergisi" adı verilən vergi növünün tətbiqini tələb edəcəyini açıqlayıb.
Baş nazirin müavini bu təklifi dövlət büdcəsi ilə bağlı danışıqlar zamanı irəli sürüb. Dias qeyd edib ki, texnologiya nəhəngləri İspaniya şirkətləri və fərdi sahibkarlarla bərabər şərtlər altında işləməlidirlər.