Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
İspaniyanın didərgin düşmüş keçmiş kralı illər sonra vətəninə qayıdır - FOTO
İspaniyanın didərgin düşmüş keçmiş kralı Xuan Karlos iki ildən sonra vətəninə səfər edəcək.
Xəbər hökumət tərəfindən təsdiqlənib. Məlumata görə, o, şəhərdə keçiriləcək beynəlxalq reqatada iştirak edəcək.
“Kral bu həftənin sonunda burada olacaq. Tamaşaçı və ya iştirakçı kimi bilmirəm, amma o, burada olacaq”, - deyə Qalisiyadakı Sanxenxo liman şəhərinin meri Telmo Martin jurnalistlərə bildirib.
Qeyd edək ki, 1975-2014-cü illərdə İspaniyanın dövlət başçısı olmuş Xuan Karlos 83 yaşlı arvadı Sofiyadan və oğlu - İspaniya kralı VI Felipe də daxil olmaqla ailənin qalan üzvlərindən uzaqda yaşayır. O, qanunsuz maliyyə əməliyyatları apardığı iddiasına görə açılmış cinayət işi ilə əlaqədar 2020-ci ilin avqust ayında gizli şəkildə öz ölkəsini tərk edib.
Martın əvvəlində keçmiş krala qarşı bütün cinayət işlərinə xitam verildi. Bundan sonra Xuan Karlos iki ildir yaşadığı Əbu-Dabidə hələlik mühacirətdə qalacağını, lakin tez-tez İspaniyaya səfər edəcəyini açıqlayıb.
Xuan Karlosun oğlu ilə Madriddə görüşüb-görüşməyəcəyi açıqlanmayıb.
Mənbə: İspaniya.com
Rəylər