Xuan Karlos səlahiyyətlərindən imtina etdikdən sonra oğlu VI Filipp rəsmi olaraq taxt-tacı qəbul edib.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, yerli vaxtla gecə yarısı (Qrinviçə görə 22:00-da) monarxın dəyişməsi mərasimi baş tutub. 19 iyunda dünənki Felipe Asturiyski parlamentin aşağı palatasında and içəcək.
Kral Xuan Karlos diktator Dfransisko Frankonun 1975-ci ildə ölümündən sonra, İspaniyanın demokratiyaya keçidi istiqamətində çox iş görüb. Amma son illərdə onun reputasiyası kral ailəsi ilə bağlı qalmaqallar nəticəsində zərər çəkmişdi.
Yeni monarxın taxta çıxması mərasimi çox sadə olacaq, müxbirlərin sözlərinə görə, bu iqtisadi çətinliklər yaşayan ispanları qıcıqlandırmamaq üçündür.
Bununla əlaqədar tacqoyma mərasimi keçirilməyəcək – parlament VI Filippi İspaniyanın yeni kralı elan edəcək, bundan sonra o, deputatlar qarşısında çıxış edəcək və ölkə konstitusiyasını müdafiə edəcəyinə dair and içəcək.
Bundan sonra kral və onun həyat yoldaşı Letisiya Madridin küçələrindən keçərək kral sarayının eyvanına çıxacaq.
Mərasimin təsdiqlənmiş qaydaları mövcud deyil, belə ki, İspaniyada monarxiya Frankonun ölümündən sonra bərpa edilib və ilk dəfədir ki, taxtda kral dəyişir.
Taxtdan gedən kral Xuan Karlosun imicinə vurulan ilk zərbə onun Afrikaya fil ovuna getməsi oldu.
Bundan sonra onun qızı Kristinanın ünvanına vergi dələduzluğu ilə bağlı ittihamlar irəli sürüldü. Verilən məlumata görə, şahzadə taxt-tacın dəyişmə mərasiminə dəvətnaməsiz qalıb.
Bir çox ispanlar monarxiyanın ləğv edilməsi üçün referendumun keçirilməsini tələb edirlər. Madriddə günorta saatlarında hakimiyyətin qadağasına baxmayaraq bu tələblərin səsləndiyi aksiya keçiriləcək.
Bununla yanaşı İspaniyanın hər iki aparıcı partiyası Xuan Karlosun hakimiyyətdən imtina etməsini rəsmiləşdirərək, hakimiyyətin ötürülməsi qanununu imzalayıblar.