İsrailin "Elbit Systems" şirkəti "Iron Fist" ("Dəmir yumruq") fəal müdafiə kompleksinin sınaqdan keçirilməsinin görüntülərini yayıb.
Müdafiə kompleksi "Eitan" zirehli transpotyoruna quraşdırılır.
"Iron Fist" tank əleyhinə təhdidləri yüksək effektivliklə aradan qaldırır. Videoda tank əleyhinə döyüş sursatlarının necə məhv edildiyi göstərilir. "Dəmir yumruq" onları transportyor və onun heyəti üçün təhdid törətmədən aşkarlayaraq neytrallaşdırır.
"Iron Fist" kompleksinin quraşdırıldığı "Eitan" zirehli avtomobilləri 2020-ci ildə İsrail ordusunun silahlanmasına qəbul ediləcək.