İsrail hərbçiləri əlində iki bıçaq olan fələstinlini güllələyiblər. Bu barədə Reuters polisə istinadla məlumat verir.
Oxu.Az xəbər verir ki, hərbçilər gənci Qüds rayonunda nəzarət-keçid mıntəqəsində onlara hücum etməyə cəhd edərkən güllələyiblər.
Polisin məlumatına səasən, atəş açmadan öncə hərbçilər xəbərdarlıq atəşləri açıblar.
Həkimlər bildiriblər ki, gənc aldığı yaralardan dünyasını dəyişib.