Beynəlxalq jurnalistlər İsrailin hücumundan sonra Tehrandakı Evin həbsxanasına baş çəkiblər.
"Azad İran" "Telegram" kanalı xəbər verir ki, bununla bağlı İranın Məhkəmə-Ədliyyə Sisteminin mətbuat orqanı olan "Mizan Online" görüntülər paylaşıb.
Məlumata görə, səfərdə "Reuters", "Associated Press", "Russia Today", "Əl-Cəzirə", CCTV və "Anadolu" agentliyi də daxil olmaqla bir sıra xarici KİV-lərin müxbirləri iştirak ediblər.
Qeyd olunub ki, müxbirlər İsrailin hücumları nəticəsində ciddi zədələnmiş Evin zindanının təcridxana kompleksində və ədliyyə binalarında olublar.