İyulun 2-4-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib.
Bu barədə Oxu.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7m/san təşkil edəcək.
Azərbaycanın rayonlarında iyulun 2-si günün ikinci yarısından həftəsonunadək fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Bu barədə Oxu.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, əsasən, dağlıq və dağətəyi rayonlarda yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimal olunur.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından sel keçəcəyi ehtimalı var.