İsrail hərbi qulluqçuları ölən iki girovun cəsədini Qəzza zolağından çıxarıblar.
Oxu.Az bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun Dəftərxanasına istinadla xəbər verir.
"İsrail Müdafiə Ordusu və Ümumi Təhlükəsizlik Xidmətinin Qəzza zolağında keçirdiyi əməliyyat tədbirləri zamanı iki girovun meyiti İsrailə qaytarılıb", - deyə məlumatda bildirilir.