İsrail Müdafiə Ordusu (SAXAL) İranın İsfahan əyalətindəki obyektə zərbə endirdiyini təsdiqləyib və hərbçilərin məlumatına görə, Tehranın həmin ərazidə nüvə silahı hazırlamaq üzərində işlədiyini elan edib.
Oxu.Az xəbər verir ki, bu barədə SAXAL-ın rəsmi nümayəndəsi Avihay Edri "X" sosial şəbəkə hesabında bildirib.
Onun sözlərinə görə, İran hakimiyyəti 2021-ci ildən sözügedən obyektdə uranın hərbi məqsədlər üçün zənginləşdirilməsindən ötrü zəruri olan infrastruktur obyektləri inşa edir.
İsrail İranın Müdafiə Nazirliyinə aid olan və İsfahan əyalətində yerləşən obyektinə hücum edib.
Oxu.Az bildirir ki, bu barədə "NourNews" agentliyi əyalət başçısının müavininə istinadən məlumat yayıb.
"Bir saat əvvəl İsfahanda Müdafiə Nazirliyinə aid mərkəzə hücum edilib", - deyə o bildirib.
Əyalətin hakimiyyət orqanları mümkün ziyanın miqyasını dəqiqləşdirirlər.