İyulun 8-də Livanın cənubunda "Bədr" ("Hizbullah") atəşə dəstək bölməsinin komandiri Hüseyn Əli Məzhar avtomobilə endirilən hava zərbəsi nəticəsində məhv edilib.
Oxu.Az newsru.co.il-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu (SAXAL) məlumat verib.
Qeyd olunur ki, Məzhar İsrail ərazisinə atəş açılmasında və Livanın cənubunda "Hizbullah"ın atəş mövqelərinin bərpasında iştirak edib.