Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İsrail ordusu “İslami Cihad” qruplaşmasının liderlərindən birini öldürüb
İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində yerləşən qaçqın düşərgəsində keçirilən antiterror əməliyyatı zamanı batalyon komandiri Məhəmməd Zubeydi də daxil olmaqla iki təhlükəli radikalı məhv edib.
Bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) Mətbuat Xidməti məlumat yayıb.
“SAXAL, Ümumi Təhlükəsizli Xidməti (ŞABAK) və İsrail Sərhəd Polisinin birgə keçirdiyi antiterror əməliyyatı zamanı qaçqın düşərgəsində iki yüksək rütbəli terrorçu, o cümlədən düşərgənin batalyon komandiri Məhəmməd Zubeydi məhv edilib. Zubeydi “İslami Cihad” qruplaşması və düşərgədəki əsas terrorçulardan biri olub”, - deyə məlumatda bildirilir.
Mənbə: TASS
"İsrail" teqi üzrə xəbərlər
- İsrail müdafiə naziri Qəzza sakinləri ilə bağlı orduya göstəriş verdi
- Netanyahu: "Tramp ABŞ əsgərlərini Qəzzaya göndərmək niyyətindən bəhs etməyib"
- İsrail BMT-nin İnsan Haqları Şurasından çıxır
- Səudiyyə Ərəbistanı İsrailə qarşı şərtini irəli sürdü
- ABŞ-dən İsrailə 1 milyard dollarlıq silah satışı: Tramp administrasiyası Konqresdən xahiş edib
Rəylər