Fevralın 5-i gecə saatlarında Qəzza zolağından İsrail istiqamətində üç mərmi buraxılıb.
“RİA Novosti” xəbər verir ki, daha əvvəl isə İsrailin Netivot şəhərində və Qəzza zolağı ətrafında xəbərdarlıq siqnallarının səsləri eşidilib.
Buraxılan mərmilər İsrail ordusu tərəfindən təsbit edilib.
İtki və dağıntılar barədə məlumat yoxdur.