İsrail xüsusi təyinatlı qüvvələri Livana soxularaq radikal təşkilat olan "Əl-Camaa əl-İslamiyyə"nin silahlı qanadı sayılan "Qüvvət əl-Fəcr" qrupunun komandirlərindən birini əsir götürüb.
Oxu.Az xəbər verir ki, bu barədə qrupun "X"də yayılan açıqlamasında bildirilib.
Açıqlamada əlavə olunub ki, əməliyyat ötən gecə Hasbaya sərhəd sektorundakı Əl-Xabbariya kəndində həyata keçirilib.
"Hərbi nümayəndəmiz Atvi Atvi evindən qaçırılaraq İsrail ərazisinə aparılıb", - deyə açıqlamada qeyd olunub.