İsrail Xarici İşlər Nazirliyinin binasında partlayış baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Qüds polisinin yaydığı məlumatda bildirilir.
Qaz qumbarasının partlaması nəticəsində mühafizə xidməti əməkdaşları arasında zərərçəkənlər olub.
Qeyd olunur ki, partlayış qumbaraların saxlanıldığı anbarda baş verib.
Hadisə yerində polis işləyir, partlayışın səbəbləri müəyyənləşdirilir.