İsrailin Beyt-Şemeş şəhəri yaxınlığında və Ha-Şfela dairəsində güclü meşə yanğınları başlayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə 9tv.co.il nəşri məlumat verib.
Məlumata görə, Beyt-Şemeş yaxınlığında və sahil ovalığında yerləşən yaşayış məntəqələrinin - Tarum, Beyt-Meir, Eştaol, Mesilat-Tsion, Pedaya və Petaxiyanın sakinləri təxliyə edilirlər.
Şiddətli yanğınla əlaqədar bir çox magistral yollarda nəqliyyatın hərəkəti tamamilə bağlanıb. Həmçinin Lod və Beyer-Şeva arasında qatarların hərəkəti dayandırılıb.
Yanğının bir çox yaşayış məntəqələrinə keçməsi təhlükəsi ilə əlaqədar altı dairədə yanğınsöndürənlərin ümumi səfərbərliyi elan edilib. Yanğın artıq Eştaol və Tsora meşələrində onlarla hektar yaşıllıq sahəsini məhv edib.