Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Barselona" Fliklə müqavilənin müddətini uzadacaq?
İspaniyanın "Barselona" klubu baş məşqçi Hans-Diter Fliklə müqaviləni uzadacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Marca" məlumat paylaşıb.
Qeyd olunur ki, yeni müqavilənin müddəti 2027-ci ilin yayına kimi uzadılacaq. Tərəflər müqaviləni mövsüm başa çatdıqdan sonra imzalayacaq.
Xatırladaq ki, 60 yaşlı Hans-Diter Flik 2024-cü ilin mayından "Barselona"ya rəhbərlik edir. Onun rəhbərliyi altında komanda 2025-ci ildə İspaniya Superkubokunu qazanıb.
"Barselona" hazırda La Liqa cədvəlində birinci yerdədir. Komandanın 33 oyundan 76 xalı var. Kataloniyalılar aprelin 26-dan 27-nə keçən gecə İspaniya Kubokunun finalında "Real"la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.