Cəlilabad rayonunun Mikayıllı, Xanəgah və Türkelli kəndlərini birləşdirən yol bərbad vəziyyətdədir.
Sakinlər bildiriblər ki, bu yoldan təxminən 5 min nəfər istifadə edir, hər gün min bir əziyyətlə üzləşdiklərinə görə isə ildən-ilə əhalinin sayı azalır.
"Burada yaşamaq mümkün deyil. Yola görə maşınlarımız dağılır, hər gün təmirxanadayıq", - deyə sakin bildirib.
Sakinlər deyiblər ki, palçıqlı və çınqıllı yollara görə təcili tibbi yardım avtomobili də kəndə gəlmir:
"Xəstələrimizi xəstəxanaya vaxtında çatdıra bilmirik. Təcili yardım maşını, ümumiyyətlə, gəlmir. Bu, yol deyil, rayon mərkəzinə çıxış üçün cığırdır".
Daha ətraflı Baku TV-nin süjetində: