Hollivud aktyoru Bred Pitt hazırda İnes de Ramon ilə sevgi münasibətlərinə baxmayaraq, evlilik ideyasından imtina etmək qərarına gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail"in aktyorun yaxın çevrəsindən olan insayderi məlumat verib.
Qeyd olunub ki, 61 yaşlı Pitt seçdiyi qadına dəlicəsinə aşiq olsa da, nikah bağlamağa və yenidən ata olmağa hazır deyil.
Mənbə iddia edir ki, Ancelina Coli ilə boşanma və uşaqların ondan uzaqlaşması aktyorun ruhunda dərin iz buraxıb.
"Bred Colidən ayrıldığına və uşaqların onunla münasibət saxlamaq istəmədiyinə görə çox əziyyət çəkdi. İndi o, azadlıqdan zövq alır və heç nəyi dəyişmək istəmir", - deyə insayder paylaşıb.
Daha əvvəl "In Touch Weekly" tabloidi Bred Pitt və İnes de Ramonun toyunun gəlinin nikahdan əvvəl müqavilə imzalamaqdan imtina etməsi səbəbindən qeyri-müəyyən müddətə təxirə salındığını yazmışdı. Lakin görünür ki, məsələ təkcə hüquqi formallıqlarda deyil.
Pitt və de Ramonun sevgi münasibəti 2022-ci ilin noyabrında, cütlük Los-Ancelesdə Bononun konsertində, daha sonra isə aktyorun baş rolda çəkildiyi "Babel" filminin premyerasında bir yerdə görüntülənəndən sonra ictimaiyyətə məlum oldu. Diyetoloq, fitnes məşqçisi və zinət əşyaları dizayneri kimi tanınan İnes de Ramon "The vampire diares" serialının ulduzu Pol Uesli ilə evliliyi sayəsində məşhurlaşıb.