İsrailin Qüds şəhərində Knesset (İsrail parlamenti) binası qarşısında etiraz edən bir neçə nümayişçi binaya daxil ola bilib.
Bu barədə İsrailin “Channel 12” televiziya kanalı məlumat yayıb.
Kadrlarda bir neçə nəfərin Knessetin dəhlizləri ilə getdiyi əks olunub. Həmçinin onlardan birinin əynində müxalifət şüarları yazılmış köynək olub. Binaya daxil olan nümayişçilər tez bir zamanda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq uzaqlaşdırılıblar.
Qeyd edək ki, bu saatlarda Qüdsdə Knessetin binası qarşısında hökumət əleyhinə böyük mitinq keçirilir. Etirazçılar Baş nazir Benyamin Netanyahuya, onun hökumətinə və ölkənin məhkəmə sistemində təklif etdiyi islahatlara etiraz edirlər. Etirazların artmasına səbəb isə Netanyahunun martın 26-da məhkəmə sistemində islahatların dayandırılmasının lehinə çıxış edən müdafiə naziri Yoav Qalantı istefaya göndərməsi olub.
Rəylər