İsraildə terror hücumu olub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə İsrail polisinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, terror hücumu Hayfada yerləşən avtovağzalda baş verib. Bıçaqlı şəxs ətrafdakı insanlara hücum edib.
Nəticədə azı beş nəfər yaralanıb.
Bildirilib ki, hücumu törədən iki terrorçu zərərsizləşdirilib.