İyulun 26-da İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin Kiryat-Arba yaşayış məntəqəsindəki evinin yaxınlığına pilotsuz uçuş aparatı düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə "Ynet" xəbər portalı yerli rəsmilərə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə zamanı nazirin evdə olub-olmaması barədə məlumat verilmir.
Portalın yazdığına əsasən, hərbçilər dronu operativ şəkildə ərazidən götürüblər. Bildirilir ki, aparat partlayıcı maddə ilə təchiz edilməyib.
Hadisə nəticəsində xəsarət alan olmayıb. İnsidentin səbəbləri və digər detallarla bağlı araşdırma aparılır.