Ötən gün Livanda “Hizbullah” təşkilatının hərbçilərini daşıyan avtomobilə hava hücumunun təfərrüatı məlum olub.
Londonda dərc olunan “Əl-Qüds Əl-Ərəbi” nəşri yazır ki, İsrailə məxsus pilotsuz uçuş aparatının əsas hədəfi Həcc İmad kimi tanınan “Hizbullah” komandiri olub.
Mənbə bildirir ki, İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı hərbçiləri daşıyan avtomobilə iki zərbə endirib. İlk cəhd uğursuz alındığından “Hizbullah” döyüşçüləri avtomobili tərk edərək xilas ola bilib. Növbəti raket zərbəsi isə boş avtomobilə atılıb.
Qəzetin məlumata görə, Həcc İmad Suriyada radikal qruplaşmalara qarşı döyüşlərə rəhbərlik edən “Hizbullah” komandirlərindən biridir. O, 2012-2016-cı illərdə Dəməşqdən 40 kilometr şimalda yerləşən Qələmun bölgəsinin terrorçu qruplardan azad edilməsinə rəhbərlik edib.