İsrailin raket zərbələri nəticəsində Livanın "Hizbullah" hərəkatının daha iki üzvü öldürülüb.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.
Məlumata görə, onların avtomobili Mərcəyun şəhərində İsrail tərəfindən hədəfə alınıb.
Bir sıra ərəbdilli mənbələrin məlumatına görə, 7 oktyabr 2023-cü ildən Qəzza müharibəsində Livanda "Hizbullah"ın öldürülən üzvlərinin sayı 410-a çatıb ki, bu da böyük rəqəmdir.
Qeyd edək ki, "Hizbullah"dan üzvlərin həlak olduğu barədə xəbər təsdiqlənib. Hərəkatın "Telegram" kanalından bildirilib ki, İsrailin Livanın cənubuna hava zərbəsi nəticəsində Məhəmməd Əli Cihad Bədrəddin və Hüseyn Yasin Şeyto həlak olublar.
Rəylər