Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

"Qarabağ"ın yeni qapıçısı "Dinamo Zaqreb"lə oyuna çıxa bilər?
"Qarabağ" klubunun yeni qolkiperi Mateuş Koxalski "Dinamo Zaqreb"lə keçiriləcək UEFA Çempionlar Liqasının pley-off matçında sifariş ərizəsinə daxil edilə bilər.
Oxu.Az xəbər verir ki, avrokubokların birinci, ikinci və üçüncü təsnifat mərhələlərində çıxış edən futbolçu transfer olunduğu komandanın heyətində pley-off mərhələsinin iştirak ərizəsinə daxil edilə bilər. Pley-off və qrup mərhələsində çıxış etmiş oyunçu isə keçid etdiyi komandanın sifariş ərizəsinə daxil edilə bilməz.
Polşa çempionatının ən güclü qapıçısını transfer edən "Qarabağ" Mateuş Koxalskini "Dinamo Zaqreb"lə görüşün sifariş ərizəsinə daxil edə və pley-off matçında oynada bilər.
Qeyd edək ki, Mateuş Koxalski bunadək "Legionoviya Legionovo", "Radomyak Radom" və "Legiya Varşava"da forma geyinib.
"Qarabağ FK" teqi üzrə xəbərlər
- Azərbaycan Kubokunun final görüşünün nominal meydan sahibi müəyyənləşdi
- Azərbaycan Premyer Liqasının növbəti turunun hakim təyinatları AÇIQLANDI
- Azərbaycan kuboku: "Qarabağ"ın finalda rəqibi "Sabah" oldu
- Futbolçularımız niyə qol vura bilmirlər? - Premyer Liqada acınacaqlı mənzərə
- Premyer Liqa: Turun son qarşılaşmasında "Zirə" qələbə qazandı