Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

İsrailin turizm məkanlarında güclü yanğınlar
İsraildə Qüds yaxınlığındakı Binyamin bölgəsində yerləşən Prat təbiət qoruğunda güclü yanğın baş verib.
Oxu.Az ölkə mətbuatına istinadən xəbər verir ki, təcili yardım xidmətlərinin məlumatına görə, yanğın zamanı ərazidə 500-ə yaxın turist olub.
İnsanların təxliyəsi və yanğının söndürülməsi əməliyyatına çox sayda qüvvələr cəlb olunub: Polis, xilasetmə qrupunun könüllüləri, aviasiya bölməsi, yanğınsöndürmə briqadaları, qoruq əməkdaşları yardıma gəliblər.
Təyyarə və helikopterlərin köməyi ilə yanğın söndürülüb. Xəsarət alan olmayıb.
Polis hazırda turistlər və yerli sakinlər üçün heç bir təhlükə olmadığını bildirir.
Bu hadisə ilə paralel olaraq Ramat Qanda Safari Parkının ərazisində yanğın qeydə alınıb. Parkın Mətbuat Xidmətinin məlumatına görə, yanğın tezliklə söndürülüb.
"Meşə yanğınları" teqi üzrə xəbərlər
- Rusiyada meşə yanğınları TƏHLÜKƏLİ HAL ALIR: Yaşayış yerinə yaxınlaşıb
- İsrail meşə yanğınlarının söndürülməsin üçün Azərbaycandan kömək istəyir
- İsraildə güclü meşə yanğınları başlayıb: Sakinlər təxliyə edilirlər
- Avstraliyada yüzlərcə koala öldürüldü
- Cənubi Koreyada meşə yanğınını söndürən helikopter qəzaya uğrayıb