İstanbulun Sabiha Gokçen hava limanında atışma baş verib.
Oxu.Az-ın məlumatına görə, “Report” Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, aeroport ərazisinə gələn polis əməkdaşları hərbçilərin müqaviməti ilə üzləşib.
Onların arasında atışma baş verib.
Türkiyə prokurorluğu polisə Sabiha Gokçen aeroportunu nəzarət altına götürməyi tapşırıb.