Türkiyənin İstanbul (Bosfor) boğazında mühərrikində nasazlıq yaranan və çarəsiz qalan 98 metrlik yük gəmisi xilas edilib.
Oxu.Az-ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Məlumata görə, "Arda" adlı ümumi yük gəmisi təhlükəsiz şəkildə Böyükdərəyə lövbərlənib.
Boğazda gəmilərin hərəkəti bərpa edilib.
Türkiyədə İstanbul boğazında gəmilərin hərəkəti hər iki istiqamətdə dayandırılıb.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, Bandırma bölgəsindən Rusiyaya gedən 98 metrlik yük gəmisinin İstanbul boğazında Umuryeri sahilində mühərrikində nasazlıq yaranıb. Hadisə yerinə xilasetmə qrupları göndərilib.
Xilasetmə işləri ilə əlaqədar boğazda hər iki istiqamətdə gəmilərin hərəkəti dayandırılıb.