8 Noyabr Zəfər Günü ilə əlaqədar İstanbuldakı 15 İyul Şəhidlər Körpüsü ilə yanaşı, Qalata qülləsi də Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Bu barədə Azərbaycanın İstanbuldakı Baş Konsulluğu “Twitter“ səhifəsində məlumat verib.
“Qarabağ zəfərinin ikinci ildönümündə İstanbul körpüləri və Qalata qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı”,- paylaşımda qeyd olunub.
#Karabağ zaferinin ikinci yıl dönümünde İstanbul köprüleri ve Galata kulesi #Azerbaycan bayrağının renkleri ile ışıklandırıldı. 🇦🇿🇦🇿🇦🇿 pic.twitter.com/QzM1xLZ22K
— Consulate General of the Republic of Azerbaijan (@azconsulateist) November 8, 2022
20:40
Azərbaycanın Qarabağ zəfərinin ikinci ildönümü Türkiyədə də qeyd olunur.
İstanbul körpüləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Qeyd edək ki, bu gün Azərbaycanda Zəfər Günüdür. Bu münasibətlə respublikamızla və ölkəmizdən kənarda bir sıra tədbirlər keçirilir.