İstanbulda flamandalı rəssam Antonis Van Deykin əsəri aşkar edilib.
İnterfaks türk nəşrlərinə istinadən əsərin qaçaqmalçı yolu ilə Türkiyəyə Gürcüstandan gətirildiyi barədə məlumat yayıb.
Oxu.Az xəbər verir ki, KİV-in məlumatına görə, türk hüquq-mühafizə orqanlarının əməkdaşları təxminən 14 milyon dollar dəyəri olan əsərin Gürcüstana Rusiyadan, Rusiyaya isə Avropadan gətirildiyini ehtimal edirlər.
KİV-də qeyd edirlər ki, rəsm əsərini qeyri-qanuni olaraq iki iş adamı satmağa çalışıb, qeyri-rəsmi məlumata görə onlar Gürcüstan vətəndaşıdırlar.
Onlar saxlanılıb.
İşin digər detalları barədə məlumat yoxdur.