Türkiyədə İŞİD terror qruplaşmasına qarşı əməliyyat keçirilib.
Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbulda aparılan reydlər zamanı 17 Suriya vətəndaşı saxlanılıb.
Xatırladaq ki, yanvarın 12-də İstanbulda Sultanəhməd meydanında törədilən terror aktı nəticəsində 10 Almaniya vətəndaşı ölüb. Bundan əlavə, yanvarın 14-də Diyarbəkir vilayətində polislərə hücum zamanı 6 nəfər ölüb, daha 39 nəfər yaralanıb.