İstanbulda prokuror Ercan Kayhanı bıçaqlayaraq qətlə yetirən 19 yaşlı Mustafa Can Gül həbs olunub.
Oxu.Az bu barədə "Sabah" qəzetinə istinadla xəbər verir.
Məlumata görə, qətl hadisəsindən sonra saxlanılan gəncin dindirilməsi başa çatıb.
Hakim qarşısına çıxarılan Mustafa Can Gül məhkəmənin qərarı ilə həbs edilərək həbsxanaya göndərilib.
İstanbulda respublika prokuroru Ercan Kayhanı öldürməkdə şübhəli bilinərək saxlanılan 19 yaşlı Mustafa Can haqqında yeni məlumatlar üzə çıxıb.
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, qətli törədən Mustafa Canın cinayət keçmişi olub.
Belə ki, Mustafa Can "qadına qarşı zorakılıq", "mənzil toxunulmazlığını pozmaq", "davamlı təqib" maddələri üzrə təqsirli bilinərək 9 noyabr 2024-cü il - 15 yanvar 2025-ci il tarixləri arasında Maltepe həbsxanasında cəza çəkib.
Türkiyə mətbuatında yayılan digər iddia isə Mustafa Canın respublika prokurorunu qətlə yetirdiyi restoranda iki il əvvəl ofisiant kimi işləməsidir. Məhz bu restorana mütəmadi baş çəkən prokuror Ercan Kayhanla ofisiant Mustafa Can tanış olublar. Lakin bir müddət sonra tərəflər arasında naməlum səbəbdən mübahisə yaranıb.
Hazırda cinayət işinin istintaqı İstanbul Baş Prokurorluğunun nəzarəti altında davam etdirilir.
İstanbulda respublika prokuroru Ercan Kayhan qətlə yetirilib.
Oxu.Az bu barədə "Haber Global" telekanalına istinadla xəbər verir.
Məlumata görə, qətl hadisəsi şəhər restoranlarının birində baş verib.
Belə ki, 19 yaşlı Mustafa Can Gül 58 yaşlı prokurora bıçaqla hücum edərək onun boğazını kəsərək öldürüb.
İlkin məlumata görə, tərəflər arasında daha əvvəl ədavət olub.
Qatil polis tərəfindən saxlanılıb. Fakt üzrə araşdırma aparılır.