Türkiyədə - İstanbulda avtobusun qəzaya uğraması nəticəsində üç nəfər dünyasını dəyişib.
Oxu.Az xəbər verir ki, bu gün saat 10:00 radələrində şəhərin Üsküdar rayonunda Dr.Eyüp Aksoy küçəsi ilə hərəkət edən iki avtobus toqquşub.
Toqquşma nəticəsində avtobusların biri idarəetməni itirərək dayanacağa çırpılıb. Hadisə nəticəsində xeyli insan yaralanıb.
E.Ə.
www.oxu.az