Türkiyənin İstanbul şəhərinin Bahçelievler rayonunun Yenibosna 75 il Polis Mərkəzi yaxınlığında ötən gün terror aktı törətməkdə şübhəli bilinən terrorçu PKK qruplaşmasının silahlısı da daxil olmaqla 6 nəfər saxlanılıb.
Oxu.Az “Haber7”yə istinadən xəbər verir ki, PKK-çı saxta şəxsiyyət vəsiqəsi ilə qaçmaq istəyərkən Aksaray əyalətində tutulub.
Məlumata görə, onların 3-ü İstanbulda, hadisəni törətmiş terrorçu PKK silahlısı və daha iki nəfər isə Aksarayda saxlanılıblar.
10:22
Türkiyə hərbçiləri tərəfindən İstanbulda polis bölməsində baş verən partlayışın təşkilində şübhəli bilinən üç nəfər saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.
Atatürk hava limanı yaxınlığında yerləşən Şirinevler/Yenibosna rayonunda baş verən partlayışın səbəbi partlayıcı qoyulmuş avtomobil olub.
Saxlanılan şəxlər Kürd Fəhlə Partiyasının yaraqlıları Əkrəm Q., Fələk Q. və Sərdar Q. olub.
Yerli polisin məlumatına görə, partlayışın təşkil edilməsinə altı nəfərin aidiyyəti ola bilər.
Xatırladaq ki, İstanbulda polis bölməsi yaxınlığında baş verən partlayış nəticəsində 10 nəfər xəsarət alıb. Xəsarət alanlardan bəziləri ağır yaralıdır.
N.O.
www.oxu.az