İstanbulda 24 mərtəbəli yaşayış binasında baş verən yanğın tam söndürülüb.
Şəhərin meri Əkrəm İmamoğlu bildirib ki, sakinlərin təxliyyəsi zamanı ölən və yaralanan olmayıb.
Yanğının səbəbi hələ müəyyən edilməyib.
23:23
Türkiyənin İstanbul şəhərinin Fikirtəpə qəsəbəsindəki hündürmərtəbəli yaşayış binasında güclü yanğın başlayıb.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Hadisə yerinə çox sayda yanğınsöndürənlər cəlb edilib. Hələlik yanğının hansı səbəbdən başladığına dair məlumat verilməyib.
İstanbulda çoxmərtəbəli binadakı yanğın söndürülüb - YENİLƏNİB + VİDEO
Mənbə: Haber Global
Rəylər