Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

İstanbulda dəhşətli cinayət: Kişi sevgilisinin başını kəsib qala divarlarından atdı
Türkiyənin İstanbul şəhərinin Fatih rayonunda Semih Çelik adlı şəxs İkbal Uzuner adlı qadının başını bıçaqla kəsərək Edirnekapı qala divarlarından aşağı atıb. Daha sonra Çelik boğazına ip keçirərək özünü qala divarlarından ataraq intihar edib.
Oxu.Az xəbər verir ki, bu barədə DHA məlumat yayıb.
Araşdırmalar nəticəsində məlum olub ki, Semih Çelik hadisədən təxminən 1 saat öncə Eyüpsultan rayonunda da 19 yaşlı Ayşenur Halil adlı qızı öldürüb. Cinayətlərin motivi hələlik məlum deyil.
Hadisə yerinə çoxsaylı polis qüvvələri cəlb olunub. Faktla bağlı cinayət işi başlanılıb və istintaq davam etdirilir.
(Diqqət! Həssas görüntülər)
"Türkiyə" teqi üzrə xəbərlər
- Məşhur Topqapı Sarayında Ramazan ayı hazırlıqlarına start verilib
- Türkiyədə kişi arvadının qətlini maşın qəzası kimi qələmə verdi: 6 yaşlı oğlu cinayəti üzə çıxardı
- Vanda Nara Türkiyədə "ilin qadını" seçildi
- Azərbaycana ən çox hansı ölkələrdən turist gəlir?
- Məşhur türkiyəli aktrisa və keçmiş nazir avtomobil qəzasına düşüblər