Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
İstanbulda dəhşətli partlayış: Hadisəni bina nəzarətçisi törədib?
Bu gün səhər saatlarında İstanbulun Beylikdüzü rayonunda baş verən və ölümlə nəticələnən faciənin səbəbkarı bina nəzarətçisidir.
Oxu.Az-ın "Türkiye Gazetesi"nə istinadla xəbərinə görə, bu barədə partlayışın baş verdiyi binanın sakinləri iddia ediblər.
Onlar nəzarətçinin bir gün əvvəl ailəsi tərəfindən tərk edildiyini, bu səbəbdən də qazı açaraq intihar etdiyini bildiriblər.
Binada yaşayan Gülizar Doğan bildirib ki, gecə saatlarında bina sakinləri "WhatsApp" qrupunda təhlükə barədə yazışsalar da, heç kim aidiyyəti qurumlara məlumat verməyib. O, nəzarətçinin son vaxtlar qəribə davrandığını və ailə münaqişəsi yaşadığını qeyd edib. Doğanın fikrincə, bütün bunlar planlı şəkildə həyata keçirilib.
Qeyd edək ki, partlayış nəticəsində bir nəfər həlak olub, üç nəfər yaralanıb.
Bu gün səhər saatlarında Türkiyənin İstanbul şəhərində yerləşən 14 mərtəbəli binada güclü partlayış baş verib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Turkiyegazetesi.com.tr xəbər yayıb.
Hadisəyə səbəb kimi binanın giriş mərtəbəsindəki mənzildə təbii qaz sızması göstərilir. Partlayış yerinə çoxsaylı polis, yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb olunublar. Bildirilir ki, insident nəticəsində binanın divarlarından qopan tikinti materialları ətraf əraziyə səpələnib. Sakinlər dərhal təxliyə olunublar.
İlkin məlumatlara görə, partlayış nəticəsində üç nəfər xəsarət alıb, bir nəfər isə hələ də axtarışdadır.
"Haber Global" yaralıların sayının dörd nəfər olduğunu bildirib.
Binanın elektrik və qaz təchizatı dayandırılıb. Xilasetmə əməliyyatları davam edir. Partlayışın səbəbləri araşdırılır.
Rəylər