İstanbulun mərkəzində hərbi helikopter qəzaya uğrayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə “CNN Türk” məlumat yayıb.
İnsident İstanbulun Sancaqtəpə rayonunda qeydə alınıb.
Bildirilir ki, qəza zamanı üç əsgər ölüb, bir nəfər isə yaralanıb.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.