Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İstanbulda İran kəşfiyyatına məlumat ötürən beş nəfər saxlanılıb
Türkiyənin üç vilayətində İstanbul Baş Prokurorluğu və Milli Kəşfiyyat Təşkilatının (MİT) koordinasiyası ilə keçirilən genişmiqyaslı əməliyyat nəticəsində İran kəşfiyyatına məxfi məlumatlar ötürən beş şübhəli şəxs saxlanılıb.
Oxu.Az bu barədə Türkiyə mediasına istinadən məlumat verir.
Bildirilir ki, istintaq İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat əməkdaşlarına məlumatların ötürülməsi faktı aşkar edildikdən sonra başlayıb.
Məlumata görə, bir qrup şəxs Türkiyədəki hərbi bazalar, strateji əhəmiyyətli obyektlər və kritik əhəmiyyətli nöqtələr haqqında məlumatların toplanması ilə məşğul olub. Bu məlumatlar daha sonra İran kəşfiyyat xidmətinin nümayəndələrinə ötürülüb.
Əməliyyat İstanbul, Antalya və Mersin daxil olmaqla üç vilayətdə keçirilib. Əvvəlcədən müəyyən edilmiş ünvanlara edilən reydlər nəticəsində beş şübhəli şəxs saxlanılıb.
Hazırda saxlanılan şəxslərlə bağlı istintaq tədbirləri polis bölməsində davam edir.
"Türkiyə" teqi üzrə xəbərlər
- Rəsmi İrəvan: "Ermənistan martın 1-dən sərhəd-keçid məntəqələrində nəzarəti müstəqil həyata keçirir"
- Türkiyədə qadınları yalandan hamilə olduqlarına inandıran "İlin həkimi": Çox sayda körpəni "öldürüb"
- "Haber Global"da Türkiyənin əsas silah tədarükçülərinin adları açıqlanıb
- Akif Çağatay Kılıç: "Dünyanı idarə edənlərin siyasətləri fiaskoya uğrayıb"
- İranın XİN başçısı: "Tehran və Vaşinqton təmas saxlayır"