İstanbulda terror əleyhinə əməliyyatlar zamanı həbs edilən 15 nəfərdən 3-nün İŞİD, 2 nəfərin isə PKK üzvü olduğu müəyyənləşdirilib.
Saxlanılan 10 nəfər isə sərbəst buraxılıb.
Bu barədə Oxu.Az Doğan Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, İŞİD üzvü olan 3 nəfərdən biri “İstanbul əmiri” kimi tanınan azərbaycanlı Abdulla Abdullayevdir.
Məhkəmənin qərarı ilə saxlanılan 3 şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.