Qəbələdə yanğın baş verib.
Oxu.Az Kanal S-ə istinadən xəbər verir ki, hadisə Türyançay Təbiət Qoruğunun ərazisində qeydə alınıb.
Əraziyə FHN-in şimal-qərb bölgəsinin texnika və canlı qüvvəsi cəlb olunub. Alov qısa müddət ərzində şiddətlənib və meşə sahəsinə keçib.
Yanğının dağlıq əraziyə keçməsi yanğınsöndürənlərin işini çətinə salıb. İlkin hesablamalara görə, 503 hektar biçilmiş taxıl sahəsi, kol-kos və qismən meşə sahəsi yanıb.
Alov söndürülüb.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Qeyd edək ki, Türyançay Təbiət Qoruğundan Oxu.Az-a daxil olan məlumata görə, Qəbələdə baş verən yanğın, qoruğun ərazisindən 2 km kənarda baş verib.
E.Ə.
www.oxu.az