İstanbulun “Bayrampaşa” metrostansiyasında partlayışa səbəb terror aktı olub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə məlumatı NTV telekanalı polisdəki mənbəyə istinadən yayıb.
Məlumata əsasən, partlayış kustar üsulla hazırlanmış partlayıcı qurğunun işə salınması nəticəsində baş verib.
Son məlumata görə, partlayış nəticəsidə 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
20:27
İstanbulda metro stansiyasında partlayış olub.
Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Bayrampaşa rayonundakı stansiyada qeydə alınıb.
Hadisə nəticəsində 1 nəfərin öldüyü və yaralıların olduğu bildirilir.
Partlayış yerinə xeyli sayda təcili tibbi yardım maşınları və yanğınsöndürən briqadaları cəlb edilib.
Metroda hərəkət tam dayandırılıb.
Hadisənin təfərrüatları barədə ətraflı məlumat verilmir.