“Kəpəz” futbol klubunun baş məşqçisi Şahin Diniyev sabah Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Xəzər Lənkəran”a qarşı keçiriləcək oyunda meydana ikinci heyəti buraxacağını bildirib.
“Üç gündən bir oyun olanda çatdırmaq çətindir. Lənkəranda az güc sərf edib qələbə qazanmağa çalışacağıq. Oynamayan futbolçulara şans verəcəyik. Əsas gücümüzü “Sumqayıt”la çempionat matçına saxlayacağıq. Az oynayanlara şans yaradacağıq ki, özlərini göstərsinlər”, - Oxu.Az məşqçinin sözlərini sitat gətirir.
“Kəpəz” - “Xəzər Lənkəran” matçı sabah saat 17:00-da başlayacaq.