İstanbulda avtobus dayanacağının yaxınlığında baş verən partlayış nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb, 36 nəfər xəsarət alıb.
Oxu.Az-ın “Hürriyət” qəzetinə istinadən verdiyi məlumatına görə, ölənlərdən 7-si polis əməkdaşıdır.
11:15
İstanbulda partlayış nəticəsində iki nəfər ölüb, daha 8 nəfər yaralanıb, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
10:25
Türkiyənin İstanbul şəhərində avtobus dayanacağı yaxınlığında partlayış baş verib, xəsarət alanlar var.
Oxu.Az xəbər verir ki, bu barədə “Reters” agentliyi yerli KİV-ə istinadən məlumat yayıb.
KİV-in məlumatına görə, partlayış şəhərin Veznecilər rayon mərkəzində baş verib.
Partlayışın məqsədi polis avtobusu ola bilər.
Hadisə yerinə təcili yardım maşını gəlib.