Türkiyənin İstanbul şəhərində qeyri-sabit hava şəraiti davam edir.
Oxu.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə İstanbul bələdiyyəsi məlumat yayıb.
Məlumata əsasən, şəhərin Çatalca rayonunda yağan qarın qalınlığı 122 sm-ə çatıb.
Qarlı hava şəraiti ilə əlaqədar olaraq İstanbulda bərə nəqliyyatı, aviareyslər təxirə salınıb.
Sinoptiklər əlverişsiz hava şəraitinin hələ davam edəcəyini bildirirlər.
A.M.