Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İstanbulda Rusiya və Türkiyə arasında qapalı danışıqlar başladı
İstanbulda Türkiyə və Rusiya arasında Yaxın Şərqdəki vəziyyətlə bağlı ikitərəfli məsləhətləşmələr başlayıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "RIA Novosti" diplomatik mənbəyə istinadən xəbər verib.
Bildirilir ki, danışıqlar qapalı rejimdə keçirilir.
Qeyd olunur ki, məsləhətləşmələrdə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov və onun türkiyəli həmkarı Burak Akçapar Yılmaz iştirak edirlər.
Tərəflərin əsas regional mövzular - ilk növbədə Suriya və Fələstindəki vəziyyət barədə hərtərəfli fikir mübadiləsi aparacaqları gözlənilir.
Məsləhətləşmələrin nəticələri barədə hələlik rəsmi bəyanatlar verilməyib.
"Rusiya-Türkiyə münasibətləri" teqi üzrə xəbərlər
- Rusiya XİN: "Moskva Ankara ilə İrəvan arasında yaxınlaşma səylərini dəstəkləyir"
- Ərdoğan və Putin arasında telefon danışığı baş tutub
- Fidanla Lavrov arasında telefon danışığı baş tutub - TƏFƏRRÜAT
- Rusiya, İran və Türkiyə Suriya ilə bağlı görüş keçirəcəklər
- Rusiya XİN: "Suriya ilə bağlı Türkiyə və İranla sıx əlaqə saxlayırıq"